
Astarada dənizdə itkin düşən başlıqçılarla bağlı yeni detallar məlum olub.
Missiya.Az Oxu.Az-a istinadən xəbər verir ki, Ağadədə Həsənov və Turan Həsənov dünən balıq tutmaq üçün Xəzər dənizinə çıxıblar. Sonra onlardan xəbər olmadığı üçün yaxınları müvafiq orqanlara məlumat veriblər.
Məlumata görə, A.Həsənov 5 gün əvvəl ata olub, T. əsənov isə 20 gün öncə evlənib.
10:58
Astara rayonu ərazisində, Xəzər dənizində 2 nəfər itkin düşüb.
Missiya.Az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.