EN

Fövqəladə Hallar Nazirliyi yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Yeniazerbaycan portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fövqəladə Hallar Nazirliyi (FHN) yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət ünvanlayıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-i gündüzədək davam edəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə subasmanın, çaylarda qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı FHN əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

“Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir. Unutmayaq ki, qaydalara biganəlik həyatımız üçün təhlükədir. Təhlükə zamanı 112-yə zəng etmək lazımdır”,- deyə müraciətdə qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
49
yeniazerbaycan.com

10Sources