UEFA Avropa Liqasının növbəti turunda “Fənərbağça” səfərdə Norveçin “Brann” klubu ilə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə klubunun oyunu Azərbaycanda da canlı yayımlanacaq. Azarkeşlər görüşü “CBC Sport” və TRT 1 telekanalı vasitəsilə izləyə biləcəklər.
Xatırladaq ki, görüş sabah Bakı vaxtı ilə 00:00-da start götürəcək.