Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində baş verən maliyyə pozuntuları ilə əlaqədar cinayət işi açılıb.
APA-nın əldə etdiyi məlumata görə, Baş Prokuroluqda fakt üzrə Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bu, mərkəzdə subsidyaların təyinatı üzrə istifadə olunmaması və mənimsənə faktı ilə bağlıdır.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
APA-nın əldə etdiyi məlumata görə, yoxlama aparılan müddətdə Hacıqabul DAİM-in müdiri Ariz Abuzərov tutduğu vəzifədən uzaqlaşdırılıb. Onunla bağlanmış müqaviləyə xitam verilib.
Emin Şirvanzadə
Əlibəy Zeynallı