EN

Ukraynanın ilk kosmonavtının oğlu Kiyevdə ölü tapılıb

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Müstəqil Ukraynanın ilk kosmonavtı Leonid Kadenyukun oğlu Dmitri Kadenyukun Kiyevdə meyiti tapılıb.

Reyting.az xəbər verir ki, bu səhər anası Vera Kadenyuk oğlunun cəsədini Lesya Ukrainka meydanındakı mənzildə aşkar edib.

Dmitrinin cəsədinin çoxsaylı yaralarla tapıldığı və əlində bıçaq tutduğu bildirilir.

Mənzildə intihar məktubu tapılmayıb.

Ailənin dostları bildirirlər ki, xəsarətlərin xarakteri kişinin müqavimət göstərdiyini və həyatı uğrunda mübarizə apardığını göstərir.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
reyting.az

1Sources