EN

Elm və Təhsil Nazirliyi odun alır

Elm və Təhsil Nazirliyinin odun yanacağının daşınması xidmətinə 1 560 550 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu xidməti nazirliyə “Qala Express” MMC göstərəcək.

 

Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi və şirkət arasında bu iş “bir mənbə metodu” ilə həyata keçirilib. Yəni, bağlanılan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Bu səbəbdən xidmətin hansı məqsədlər üçün istifadəsi məlum deyil.

 

Cabir

Tarix: 10 Dekabr 2025, 16:49   
Chosen
10
2
pravda.az

6Sources