EN

Günəşdə ardıcıl 4 partlayış baş verib

Bakı. Trend:

Dekabrın 10-da “M” sinfinə aid dörd partlayış qeydə alınıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər AkademiyasınınTətbiqi Geofizika İnstitutu məlumat yayıb.

“Dekabrın 10-da Moskva vaxtı ilə saat 02:27-də (Bakı vaxtı ilə03:27-də) rentgen diapazonunda 4296 (S18W46) ləkə qrupunda 20dəqiqə davam edən M1.5 sinifli alışma qeydə alınıb”, - məlumatdabildirilir.

Daha sonra M sinfinə aid daha üç alışma qeydə alınıb. Alışmalaril ərzində qeydə alınmış ən böyük ləkə kompleksində baş verib; bukompleks 4294, 4296 və 4298 bölgələrindən ibarətdir.

Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfəbölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 sinfi Yerorbitində kvadrat metrə 10 nanovatt gücündə şüalanmaya uyğun gəlir.Hər növbəti sinfə keçiddə güc on dəfə artır. Alışmalar adətən Günəşplazmasının atılması ilə müşayiət olunur və bu buludlar Yerəçatdıqda maqnit qasırğalarına səbəb ola bilər.

Məqalədə:
Chosen
48
5
az.trend.az

6Sources