EN

Salahla beş klub maraqlanır

BAKI, 10 dekabr. TELEQRAF

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Teleqraf"The Telegraph" nəşrinə istinadən xəbər verir ki, misirli hücumçu ilə "Əl-Hilal", "Əl-Nəsr", "Əl-İttihad", "Əl-Əhli" və "Əl-Qadisiya" klubları maraqlanır.

33 yaşlı oyunçunun "Liverpul"un baş məşqçisi Arne Slotla mübahisə etdiyi üçün satışa çıxarılacağı gözlənilir. O, ötən gün UEFA Çempionlar Liqasında "İnter"i 1:0 hesabı ilə məğlub etdikləri oyunun iştirak ərizəsinə salınmamışdı.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayından bəri "qırmızılar"ın şərəfini qoruyur. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Chosen
28
teleqraf.com

1Sources