EN

Ukraynadan Rusiyaya ağır zərbə: Odessa planı fiaskoya uğradı

Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) Odessada Rusiyanın “kölgə donanması”na aid olduğu iddia edilən bir gəmini saxlayıb.

KONKRET.az xəbər verir ki, Ukrayna xüsusi xidmətinin məlumatında bildirilir ki, gəmi işğal altında olan Krımdan aqro-məhsullar daşıyıb. SBU-nun açıqlamasına görə, gəmi Afrika ölkələrindən birinin bayrağı altında Odessaya daxil olub və polad borular partiyasını çıxarmağı planlaşdırırmış.

Saxlanılma zamanı gəmidə kapitan və ekipaj üzvləri daxil olmaqla 16 nəfər olub — onlar Yaxın Şərqin bir neçə ölkəsinin vətəndaşlarıdır.

Daha əvvəl Ukrayna Türkiyə sahilləri yaxınlığında Rusiyanın “kölgə donanması”na aid tankerlərin partladılmasına görə məsuliyyəti üzərinə götürmüşdü. Söhbət 28 noyabrda zədələnən Kairos və Virat tankerlərindən gedir. Daha bir Rusiya tankeri — Midvolga 2 — dekabrın əvvəlində hücuma məruz qalıb.

Ağagül Mürsəlov,
KONKRET.az

Chosen
5
1
konkret.az

2Sources