EN

Sənədlərin saxlanması qaydalarına Rəqabət Məcəlləsinə uyğun dəyişiklik edildi

BAKI, 10 dekabr. TELEQRAF

Nazirlər Kabineti sənədlərin saxlanması, komplektləşdirilməsi və mühafizəsi qaydalarına dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Dəyişikliyə görə:

Təbii inhisar subyektlərinin istehsal etdiyi məhsulların siyahısı;

Bu məhsullar üzrə qiymətlərin (tənzimlənən və tənzimlənməyən qiymətlərin fərqləndirilməsi ilə) siyahısı;

Müştərilərin məhsulları əldə etməsi (qoşulma və istifadəsi) üçün tələb olunan şərtlər;

Müqavilənin forması və bağlanılması qaydası;

Müştəri şikayətlərinin edilməsi qaydası

barədə məlumatların sənəd tələblərinə daxil edilməsi nəzərdə tutulur.

Chosen
41
teleqraf.com

1Sources