EN

“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb

2026-cı ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb.

APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Chosen
62
7
apa.az

10Sources