EN

"Belə hava şəraitində 10 nəfərlə qələbə qazanmaq çox çətin idi" - "Baku Sportinq"in məşqçisi

1-ci Liqanın 10-cu turu çərçivəsində bu gün "Şahdağ Qusar"ı qəbul edən "Baku Sportinq" matçın əvvəllərində azlıqda qalsa da, 2:1 hesablı qələbə qazanmağı bacardı. Buzovna təmsilçisinin məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb qələbəni şərh etməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Oyunun ağır keçəcəyini bilirdik. Aramsız yağış meydanı pis hala salmışdı. Buna baxçayaraq, matça yaxşı başladıq, hesabı da biz açdıq. Hər şey yaxşı gedirdi. Qırmızı vərəqə vəziyyəti dəyişdi. Biz azlıqda qalandan sonra rəqib üstün oynamağa başladı və hesabı bərabərləşdirdi. Sağ olsun uşaqlar, azlıqda qalmağımıza rəğmən, qələbə qolunu vuraraq hesabı qorumağı bacardıq. Artırılan vaxtı da nəzərə alsaq, təxminən 80 dəqiqə say əskikliyi ilə mübarizə apardıq. Belə hava şəraitində 10 nəfərlə qələbə qazanmaq çox çətin idi. Uşaqlar sonadək döyüşərək qələbəni haqq etdilər. Futbolçularımızın hər birinə göstərdikləri xarakterə, apardıqları mübarizəyə görə təşəkkürümü bildirirəm".

Nihat   

Chosen
49
1
fanat.az

2Sources