Sosial şəbəkələrdə paylaşılan foto ciddi müzakirə yaradıb.
"Cebheinfo.az" xəbər verir ki, fotonun 3-cü siniflərə verilən kiçik summativ qiymətləndirmə (KSQ) imtahanındakı dərs vəsaitindən götürüldüyü bildirilir.
Belə ki, şagirdlərə məntiqi ardıcıllığı tamamlamaq üçün misal verilir:
Atam həyətdə doğrayır: A) odun, B) Adam.
Foto paylaşıldıqdan dərhal sonra ciddi müzakirə yaradıb. Elm və Təhsil Nazirliyindən məsələnin araşdırıldığı bildirilib.
