EN

Ronaldunun klubu daha bir dünya ulduzu ilə güclənmək üzrədir

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Liverpul"un baş məşqçisi Arne Slotun "qara siyahı"sına düşən və faktiki olaraq əsas heyətdəki yerini itirən Məhəmməd Salah Kriştianu Ronaldu ilə komanda yoldaşı ola bilər.

Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, portuqaliyalı superulduzun çıxış etdiyi "Əl-Nəsr" 33 yaşlı misirli hücumçunu heyətinə qatmağı planlaşdırır.

Səudiyyə Ərəbistanının digər 4 klubu - "Əl-Hilal", "Əl-İttihad", "Əl-Əhli" və "Əl-Qadisiya" da Salahı sıralarına cəlb etməyə çalışacaqlar.

Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"dadır. O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turu çərçivəsində dünən komandasının Milanda "İnter"ə qarşı keçirdiyi matçı (1:0) da kənardan izləyib. 

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
43
2
fanat.az

3Sources