Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Britaniyanın aerokosmik şirkəti Vertical Aerospace 2028-ci ildə Londonda Valo adlı elektriklə işləyən “uçan taksilərin” istifadəyə veriləcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Independent" qəzeti məlumat yayıb.
Məlumata görə, Valo modeli 6 sərnişin daşıya bilir, 100 milə (təxminən 160 km) qədər məsafə qət edir və 150 mil/saat (təxminən 257 km/saat) sürətlə hərəkət edir. Şirkət cihazın növbəti üç il ərzində tənzimləyici orqanlardan lazımi icazələri alacağını gözləyir.
İlkin mərhələdə uçan taksilərin əsasən hava limanlarına və böyük şəhərlərə reyslər yerinə yetirəcəyi bildirilir. Xidmət əvvəlcə premium kateqoriyada təqdim olunacaq, lakin istehsal genişləndikcə qiymətlərin adi taksi səviyyəsinə enəcəyi proqnozlaşdırılır.
Nuriyyə NATİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.