EN

Süni intellekt dövründə işsiz qalmamaq üçün nə etməli?

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Süni intellektin geniş tətbiqi fonunda kütləvi ixtisar qorxusu artır. Bu səbəbdən də, Avropa və amerikalı ekspertlər süni intellekt dövründə işdən çıxarılmamaq üçün beş əsas strategiyanı açıqlayıblar.

Üstəlik, ekspertlərin fikrincə, adaptasiya olunan, üzərlərində çalışanlar üçün risklər minimuma enə bilər.

Reyting.az süni intellekt dövründə işdən çıxarılmamaq beş əsas strategiyanı təqdim edir:

1. Süni intellektlə işləməyi öyrənin və məsuliyyəti tam öz üzərinizə götürün. Ekspertlərə görə, effektiv promt yazmaq, nəticələri yoxlamaq, məlumatlarla düzgün işləmək artıq vacib bacarıqlardır.

2. Süni intellektdə olmayan hər bir şəxs öz bacarığını inkişaf etdirməlidir. Hazırda konteksti anlama, strateji düşüncə, eləcə də interpersonal ünsiyyət kimi sahələr hələ ki, insanın üstünlüyüdür.

3. Promt-injinirinqə yiyələnin. Potensialınızı istifadə etmək, daha çox, həm də daha dəqiq sorğular formalaşdırmaq rəqəmsal iqtisadiyyatın əsas bacarıqlarından birinə çevrilir.

4. Kommunikasiyanı gücləndirin, rəhbərliklə açıq danışın. İşdəki dəyişiklikləri vaxtında anlamaq və hansı bacarıqların tələb olunacağını bilmək üstünlük yaradır.

5. Empatiyanızı, yaradıcılığınızı inkişaf etdirin. Şirkətlər dəyər yarada bilən əməkdaşları daha çox qiymətləndirəcək.

Müxtəlif sahələrdə çalışan və insanlara bu beş strategiyanı tövsiyə edən ekspertlərə görə, bütün bunlar süni intellekt ilə müqayisədə fərdi əvəzolunmaz və çalışqan mütəxəssis kimi işsizlik problemindən xilas edə bilər.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
reyting.az

1Sources