EN

Məşhur futbolçu azarkeşə baş zərbəsi endirib?

İddialara görə, “Əl Əhli”nin hücumçusu İvan Toni Londonda özü ilə “selfie” çəkdirmək istəyən bir azarkeşə baş zərbəsi endirib.

Fanat.Az xəbər verir ki, “The Sun” nəşri hadisədən sonra futbolçunun polis tərəfindən saxlanıldığını yazıb.

Daha sonra Toninin sərbəst buraxıldığı və dərhal Səudiyyə Ərəbistanına qayıdaraq klubuna qoşulduğu qeyd edilib.

Hadisə sosial mediada böyük müzakirəyə səbəb olub, amma oyunçunun özü hələlik iddialara münasibət bildirməyib.

Kamil Xudiyev

Chosen
16
1
fanat.az

2Sources