EN

Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək

Bakı. Trend:

Birləşmiş Krallığın “Vertical Aerospace” şirkəti 2029-cu ilinəvvəlindən etibarən Böyük Britaniyada ilk uçan taksiləriniistifadəyə verəcəyini elan edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, uçan taksilər paytaxt Londonun biznes rayonusayılan Kanari Uorf və ən böyük nəqliyyat qovşaqları arasında təyinolunacaq marşrutlar üzrə hərəkət edəcək.

Müştərilər hava ilə Kanari Uorfdan Hitrou və Qetuik havalimanlarına, eləcə də Kembric və Oksford şəhərlərinə uçabiləcəklər.

Aerotaksi xidmətlərində dörd sərnişinlik yeri olan “Valo”elektrik helikopterlərindən istifadə olunacaq. Sözügedən havanəqliyyat vasitəsi bir doluma 240 km/saat surətlə 160 km-ə qədərməsafə qət edə bilir.

Məqalədə:
Chosen
105
3
az.trend.az

4Sources