NATO-ya üzv ölkələrin ABŞ-ın hərbi alyansdan çıxacağı təqdirdə fövqəladə vəziyyət planı yoxdur.
Newscenter.az xəbər verir ki, bu barədə "Politico" yazıb.
Qəzetin məlumatına görə, blokun diplomatları Vaşinqtondan gələn müvafiq siqnalları real fəaliyyətə hazırlıq kimi deyil, sadəcə olaraq Aİ-yə ölkənin xarici siyasətinin Asiya və Arktika regionlarına yönəldilməsi üçün siqnal kimi şərh edirlər.
Adı açıqlanmayan alyans diplomatı iddia edir ki, NATO ən böyük tərəfdaşı olan ABŞ-ın gedişindən sonra gələcək üçün plan qura bilməz, çünki bu, hərbi blokun məqsədinə zidd olardı.
Fuad