EN

Cek Qriliş “Mançester Siti”yə qayıtmaq istəmir

Cek Qriliş karyerasını “Everton”da davam etdirmək istəyir.

İdmanxeber.az “Football Insider”-ə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu “Everton”da özünü rahat hiss edir və baş məşqçi Devid Moyeslə işləməkdən məmnundur.

Hazırda icarə əsasında çıxış edən Qrilişin tam transferi üçün 57 milyon avro tələb olunur. Lakin “Everton”un büdcəsi buna imkan vermədiyindən klub qiymətin endirilməsinə ümid edir.

Qeyd edək ki, Qriliş bu mövsüm 16 oyunda 2 qol və 4 assist edib.

Chosen
17
idmanxeber.az

1Sources