EN

“Qida bir fizioloji müharibədir” – Ekspertdən sərt açıqlama – VİDEO

Küçə və marketlərdə satılan hazır qidaların tərkibi, onların insan sağlamlığına təsiri ilə bağlı narahatlıqlar bir müddətdir gündəmdədir.

NOCOMMENT.az xəbər verir ki, bu məsələyə münasibət bildirən kulinar texnoloq Mübariz Vəliyev iddia edir ki, bu gün qida sektorunda müşahidə olunan bəzi proseslər cəmiyyətin sağlamlıq durumuna ciddi təsir göstərir.

Mübariz Vəliyev qeyd edir ki, özü maksimum dərəcədə market məhsullarından imtina edir: “Ümumiyyətlə heç nə almıram. Xalqımıza buradan səslənirəm: bu qədər poliklinika və xəstəxananın açılmasının səbəblərindən biri də insanlara təqdim olunan qidaların tədricən xəstəlik yaratmasıdır.”

Onun sözlərinə görə, bəzi insanlar bu təhlükəni görməsə də, nəticələr artıq ailələrdə özünü göstərir: “Uşaq dünyaya gəlməmiş həkim deyir ‘nervozdur’, ‘sinir sistemi pozulub’. Ana gərgindir, süd verə bilmir və ya südü az olur. Bütün bunların alt təməlində qidalanma faktorunun böyük rolu var.”

Texnoloq vurğulayır ki, qida məsələsi sadə deyil və bunun arxasında ciddi mexanizmlər dayanır: “Qida elə bir fizioloji müharibədir ki, bunu izah etmək belə çətindir. İnsan orqanizminin təməli məhz istehlak etdiyi məhsullarla formalaşır.”

 

Chosen
46
nocomment.az

1Sources