EN

Seçkilərə hazırlaşmaq üçün altı ay vaxt lazımdır - Ukrayna

Ukraynaya azad və təhlükəsiz seçkilərə hazırlaşmaq üçün altı ay vaxt lazımdır.

XəzərNews.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini S.Dubovyk dekabrın 10-da CNN-ə verdiyi şərhdə deyib.

Müharibə səbəbindən xaricdə 5,9 milyondan çox ukraynalı qaçqın var (BMT məlumatı), daha 4,4 milyon ukraynalı isə məcburi köçkündür. Bu səbəbdən seçici siyahılarının yenilənməsi və yoxlanması böyük problemə çevriləcək.

Təcavüzkar ölkə Rusiyanın Ukraynaya qarşı müharibəsi seçki infrastrukturuna da ciddi zərbə vurub. Dubovikin sözlərinə görə, hazırda Ukraynada seçki məntəqələrinin yalnız 75%-i fəaliyyət göstərir.

Xəbər 3 dəfə oxunub.
Chosen
51
xezernews.az

1Sources