“Qarabağ” dünya reytinqində geriləyib.
İdmanxeber.az-ın məlumatına görə, IFFHS-in açıqladığı son siyahıya əsasən, 187,5 xalı olan “Qarabağ” 65-ci yerdən 68-ci pilləyə enib.
“Sabah” 87,25 xalla 276-cı mövqedən 252-ci yerə yüksəlib, “Zirə” isə 70,5 xalla 387-dən 360-a qalxıb. “Araz-Naxçıvan” 57,75 xalla 390-cı sıradan 486-cı yerə geriləyib.
502 klubun yer aldığı reytinqə 585 xalla PSJ liderlik edir.