Bakı.Trend:
İntensiv yağıntılar zamanı yağış sularının ətrafa toplanmasıhalı müəyyən ərazilər üzrə müşahidə edilir. Drenaj sistemlərininqurulmadığı yollarda və ərazilərdə yağış suları tullantı suxətlərinə yönləndirilir. Bu hal isə kanalizasiya şəbəkələrininartıq yüklənməsinə və suların daşınmasında maneələrin yaranmasınasəbəb olur.
Bu barədə Trend-in sorğusuna əsasən, Azərbaycan Dövlət SuEhtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Qeyd edilib ki, elə ərazilər də var ki, orada təchizat sistemimövcud deyil, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətininmərkəzləşmiş içməli və tullantı su şəbəkələri mövcud olmayanərazilərdə ADSEA-nın sifarişi ilə təchizatın qurulması məqsədiləmüvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkəninmövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqlahəyata keçirilir və sistemin inşası tədbirlər planına uyğun olaraqmərhələlərlə aparılır.
"Bu kimi ərazilərdə yaranan problemlərin aradan qaldırılmasıməqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətigücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Tullantı suşəbəkəsi mövcud olmayan ərazilərə müvafiq sukanal idarələrinin qəzabriqadaları cəlb edilərək ərazilərdə toplanan yağış sularınıistismar qaydalarının mümkün şərtləri çərçivəsində idarə edirlər.Həmçinin payızda mövsümlə bağlı İri Şəhərlərin Birləşmiş SuTəchizatı Xidməti tərəfindən bütün tullantı və yağış xətlərindəmonitorinqlər aparılır. Yağış kollektor quyularına, daşıyıcıxətlərə ayrı-ayrılıqda baxış keçirilir. Tutulmalar müşahidə olunanxətlərdə texnikalar vasitəsilə yuyulma işləri icra olunur".
Qurumdan bildirilib ki, intensiv yağışlarla bağlı 09 dekabrtarixi, axşam saatlarından etibarən bütün sukanal idarələrindənövbəli əsasda fasiləsiz fəaliyyət daha da genişləndirilib,xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərəyönləndirilməsi işləri icra olunub.
"Proseslərə müxtəlif funksiyaya malik texniklar da cəlb olunub.Hazırda yağışlar səngiyib, əməkdaşlar kiçik ərazilərdə az birhəcmdə qalmış yağış sularının daşınması işlərini davam etdirirərəkhəmin ərazilərin də təmizlənməsinə nail olurlar. Hazırda ADSEAtərəfindən tullantı su təchizatının yaxşılaşdırılması və yeniinfrastruktur təminatı məqsədilə bir sıra irihəcmli layihələr icraolunur. Bu layihələrin icrası tullantı sularının idarə edilməsinə,ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və intensiv yağışlarzamanı subasma hallarının qarşısının alınmasına imkanyaradacaq",-deyə qurumdan əlavə olunub.