EN

Belçika Aİ-ni məhkəmə ilə hədələyib

AzVision.az xəbər verir ki, Belçikanın baş naziri Bart de Vever “VRT” telekanalına müsahibəsində belə deyib.

“Təklifin Belçikanın müəyyənləşdirdiyi, ümumiyyətlə rasional, ağlabatan və əsaslandırıla bilən minimum şərtlərə uyğunlaşdırılıb-uyğunlaşdırılamayacağını ayırd etmək üçün Avropa Komissiyası (AK) ilə müzakirələr aparırıq”,- Belçikanın baş naziri vurğulayıb.

The Times:“Aİ iki həftə ərzində qərar verəcək”
Belə bir qərarın doğuracağı risklərin təkcə onun ölkəsinin üzərinə düşməsinə qarşı çıdığını bir daha xatırladan Bart de Vever, kompromis əldə olunmayvcağı təqdirdə, Belçikanın hətta məhkəməyə müraciət edə biləcəyini də diqqətə çatdırıb.

- Qanuna zidd və ölkə üçün əhəmiyyətli risklər yaradan qərar qəbul olunarsa, heç nəyi istisna edə bilməzsiniz”,- siyasətçi söyləyib.

O, həmçinin Avropa İttifaqının (Aİ) Ukraynaya yardımı maliyyələşdirmək üçün başqa yolları olduğunu vurğulayıb, hərçənd bunun üçün bütün üzv dövlətlərin razılığı lazımdır. Bar de VeverRusiyanın aktivlərinin radikal şəkildə müsadirə edilməsini “ağılsız və düşünülməmiş” təklif kimi qiymətləndirib.

Xatırladaq ki, qarşıdurma Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya dəstək üçün istifadə etmək təşəbbüsü fonunda yaranıb. Belçika maliyyə risklərinin bütünlüklə Brüssel tərəfindən daşınmaması təminatını verən şərtlərdə israrlıdır. Yalnız bu şərt əsasında “Euroclear” geri ödəniş tələb olunduqda lazımi maliyyəni təmin edə bilər.

Xatırladaq ki, bir neçə gün əvvəl Böyük Britaniya hökumətindəki mənbələrə istinad edən “The Times” nəşri Aİ ölkələrinin Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı qərarlarını bu həftə və ya gələn həftə açıqlayacağı barədə məlumat yayıb.

Sahil İsgəndərov
AzVision.az


Chosen
67
1
azvision.az

2Sources