EN

Xabi Alonso ilə bağlı qərar verildi

İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Xabi Alonso son nəticələrə baxmayaraq vəzifəsində qalıb və rəhbərlik tərəfindən ən azı yanvar ayına qədər etimad krediti alıb.

İdman.Biz xəbər verir ki, AS nəşrinin məlumatına görə, klub rəhbərliyi almaniyalı mütəxəssisi Superkuboka qədər postunda saxlamaq qərarına gəlib. Qarşıdakı “Alaves” matçına da komandunu məhz Xabi Alonso çıxaracaq.

Məlumatda qeyd olunur ki, Madrid rəhbərliyi məşqçinin komandanın oyununu sabitləşdirəcəyinə inanır və mövsümün bu mərhələsində dəyişiklik etməyin düzgün olmayacağı qənaətindədir.

“Real Madrid” rəhbərliyinin növbəti qiymətləndirməni yanvar ayında aparacağı bildirilib.

İdman.Biz

Məqalədə:
Chosen
5
idman.biz

1Sources