EN

Kenan Yıldız Seriya A-da daha bir mükafata layiq görülüb

“Yuventus”un və Türkiyə millisinin gənc hücumçusu Kenan Yıldız İtaliya A Seriyasında daha bir mükafata layiq görülüb.

Apasport.az xəbər verir ki, Kenan 10–13-cü turlarda 23 yaşadək futbolçular arasında ən yüksək performans göstərən oyunçu kimi “Ayın yüksələn ulduzu” adına sahib olub.

Mükafat gənc forvarda 20 dekabrda “Yuventus” – “Roma” matçından əvvəl təqdim ediləcək.

Kenan Yıldız noyabr ayında keçirdiyi 3 liqa oyununda 2 qol vurub. Ümumilikdə isə o, cari mövsümdə bütün yarışlarda 19 matçda meydana çıxıb və 6 dəfə fərqlənib.

Qeyd edək ki, Yıldız bu mövsüm avqustda ayın oyunçusu seçilmişdi.

Ronaldoya istehzalı sataşma: "Əl Nəsr"ə gedəndən 200 penalti vurub”

İngiltərənin üç klubu Arda ilə maraqlanır

Domeniko Tedesko: "Mən heç vaxt bu vəziyyətə görə ağlamaram"

Türkiyə - Rumıniya matçının keçiriləcəyi stadion müəyyənləşib

"Real" – "Mançester Siti" qarşılaşması bu kanalda

Chosen
21
2
apasport.az

3Sources