EN

Goranboyda bıçaqlanan şəxsin sonDURUMU - YENİLƏNİB

11.12.2025-ci il tarixində saat 00:10 radələrində 1996-cı il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, döş qəfəsinin çoxsaylı açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

***

Goranboyda iki nəfərə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Redaktor.az-ın yerli bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində A. Məmmədov və V. İsmayılova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı İlkin Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Goranboyda 29 yaşlı kişi bıçaqlanıb.

Redaktor.az "Unikal"a istinadən xəbər verir ki , hadisə rayonun Azad kəndində baş verib. Kənd sakini - 1996-cı il təvəllüdlü A.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib,vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, A.Məmmədov qonşusu - 2003-cü il təvəllüdlü İ.Cəfərov tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
64
1
redaktor.az

10Sources