EN

Marsa insan göndərmək istəyirlər

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Amerikalı elm adamları bildiriblər ki, Mars planetinin daha dərindən öyrənilməsi üçün robotlar kifayət etmir, yeganə çıxış yolu ora insan göndərməkdir.

Reyting.az xəbər verir ki, ABŞ-nın nüfuzlu Milli Elmlər, Mühəndislik və Tibb akademiyaları "Marsın insan tərəfindən araşdırılması üzrə Milli Strategiya" adlı yeni hesabat dərc ediblər.

Hesabatda elmi əsaslarla izah olunur ki, Marsın daha dərindən, əhatəli tədqiqi üçün insanların göndərilməsi mütləq və zəruridir.

İki il ərzində hazırlanmış elmi hesabatın əsas nəticəsinə görə, Marsda həyat izlərini axtarmaq kimi ən vacib tapşırıqlar belə, real vaxtda mövcud şəraitə hesablanan dəqiq, həmçinin çevik qərarlar tələb edir ki, bu da tamamilə müasir robotların imkanlarından kənardadır.

Hesabatda 11 prioritet məqsəd kimi göstərilir: bunlar qədim çöküntülərdə biosiqnalların axtarışı, su ilə CO₂ dövrlərinin öyrənilməsi, marssayağı mühitin astronavta, eyni zamanda digər orqanizmlərə ümumi təsiri və yerli resurslardan istifadə texnologiyalarıdır.

Alimlər məhz bu səbəbdən mərhələli yanaşma təklif ediblər. Onların fikrincə, əvvəlcə təxminən 30 günlük qısa missiya, daha sonra isə 300 günlük ekspedisiyalar təşkil olunmalı, Mars tədqiqatları eniş nöqtəsindən 100 kilometrlik radiusda aparılmalıdır.

Hesabatda qeyd olunur ki, lazımi texnologiyalar artıq mövcuddur, lakin Marsa belə missiyalar yüz milyardlarla dollara başa gələcək, üstəlik, belə elmi proseslər on illərlə davam edəcək.

Mütəxəssislər bununla bağlı xüsusi xəbərdarlıq da ediblər: ilk növbədə vacib olan diqqətdir. Kosmik tədqiqatlar planetin təhlükəsizliyi şərtləri əsasında aparılmalı, öncədən bioloji aləmi qorumaq üçün ciddi tədbirlər görülməlidir.

Tədqiqatçılar bir daha vurğulayıblar ki, ən müasir robot belə insanı əvəz etməklə, bu cür şərtlər daxilində işləyə bilməyəcək.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
72
reyting.az

1Sources