Göygöl rayonunda yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1939 cu il təvəllüdlü Hilal Cəfərov Ərəbli kanalında suda boğularaq ölüb. 86 yaşlı mərhumun meyiti ailəsinə təhvil verilib.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.