EN

“Ermənistan istintaq komitəsi Artsax nümayəndəliyində axtarışlar aparır” - Abramyan

Bu gün, Artsax (qondarma - red.) sakinlərinin qaytarılması ilə bağlı parlament dinləmələrindən bir gün sonra Ermənistanın istintaq komitəsi Artsax nümayəndəliyində axtarışlar aparır.

Herbiand.az bildirir ki, bu barədə “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

O, həmçinin qeyd edib: “Azərbaycan Ermənistan hakimiyyətinə təzyiqlər göstərdiyi, süni “Qərbi Azərbaycan” konsepsiyasını irəli sürdüyü və azərbaycanlıların geri qayıtması ilə hədələdiyi bir vaxtda Ermənistan hakimiyyəti Azərbaycanın xeyrinə daha bir addım atır”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
66
herbiand.az

1Sources