EN

Pol Poqba dünyanın ilk peşəkar komandasının səhmdarı oldu

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Monako"nun hücumçusu Pol Poqba Səudiyyə Ərəbistanının dəvə yarışları komandası "Əl-Xabub"un səhmdarı və səfiri olub. Sport24.az xəbər verir ki, 32 yaşlı fransız bu barədə sosial media hesabında paylaşım edib:

"Yeni fəsil, eyni enerji. "Əl-Xabub"un səhmdarı və səfiri kimi tarixi anın bir hissəsi olmaqdan qürur duyuram. Gəlin birlikdə tarix yaradaq".

"Əl-Xabub" peşəkar dəvə yarışları liqası yaratmaq üzərində işləmək niyyətindədir. Komanda bu sahədə dünyanın ilk peşəkar komandasıdır və Körfəz Əməkdaşlıq Şurasının üzvüdür.

Qeyd edək ki, Poqba 2025-ci ilin iyulundan "Monako"nun formasını geyinir. O, 2025/26 mövsümündə üç oyuna çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
sport24.az

1Sources