EN

Xəzər Tibb Mərkəzi: Abşeronda müasir səhiyyə ocağı | FOTOLAR

Mərkəzin bazasını təşkil edənxəstəxana 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə istifadə verilib.Ulu Öndər 1984-cü ilin fevralında da bu xəstəxananı ziyarət edib. Azərbaycan RespublikasıPrezidentinin 20 dekabr 2018-ci il tarixli, 418 nömrəli fərmanından irəli gələrək,Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin 27 aprel 2021-ci il tarixli, 13 nömrəli qərarına əsasən, xəstəxananın bazasındaXəzər Tibb Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəz yüksək ixtisaslı həkimləri, müasir tibbi avadanlıqları, geniş xidmət sahələri ilə, həmçinin xəstələrin müalicəsində ən son elmi nailiyyətlərə əsaslanan metodlardan istifadə etməsi ilə regional səhiyyə sahəsində liderə çevrilib.

Tibb müəssisəsinin əsas missiyası vətəndaşlara müxtəlif sahələr üzrə keyfiyyətli tibbi xidmət göstərməkdir. Mərkəzdəümumi cərrahiyyə, kardiologiya, endokrinologiya, nevrologiya, dermatologiya, urologiya, pediatriya və s. ixtisaslarüzrə xidmətlər təqdim olunur. Burada həkimlər yerli və xarici təcrübələri birləşdirərək, xəstələrə ən yüksək səviyyədə tibbi xidmət göstərirlər.

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindənXəzər Tibb Mərkəzində təşkil olunan sonmediaturda diqqətə çatdırılıbki, hazırda müəssisə diaqnostik və müalicə məqsədli müasir tibbi avadanlıqlarla, o cümlədənelektromiyoqrafiya, treadmil üzrə stres test, holter müayinəsi, qastroskopiya, spirometriya, kolonoskopiya, ultrasəs müayinəsi, bronxoskopiya, kolposkopiya, elektrokardioqrafiya və Avastin inyeksiyası üçün xüsusi avadanlıqlarlatəmin edilib.Avastin inyeksiyası prosedurunun yalnız Xəzər Tibb Mərkəzində həyata keçirildiyi bildirilib.



Eyni zamanda, səhiyyə müəssisəsində 7/24 fəaliyyət göstərən3-cü səviyyəli laboratoriyaərsəyə gətirilib. Məlumata əsasən, mərkəzdəyeni dializ xidmətinintəşkili, həmçininTravma Mərkəzininqurulmasıüçün işlərə başlanılıb. MüəssisədəKT və MRT müayinələrinin, endoprotezləşmə və LOR əməliyyatlarının, laparoskopik cərrahiyyə, fakoemulsifikasiya (FAKO)xidmətlərinin istifadəyə verilməsi, habelə Reanimasiya şöbəsində çarpayı fondunun artırılması da mərkəzin rəhbərliyinin əsas hədəflər sırasındadır

Xəzər Tibb Mərkəzinin rəhbərliyivətəndaşlara tibbi xidmətlə yanaşışəhid ailələrinə və qazilərə mütəmadi qayğı göstərir.Mərkəzin direktoru Dr. Mübariz Ağayev ötən ay bir sıra şəhid ailələriniziyarət edərək,Vətən uğrunda canından keçən qəhrəman oğulları yad edib, onların ailə üzvlərinə diqqət və qayğının davam etdiriləcəyini vurğulayıb.



AzVision.az

Qalereya


Chosen
22
2
azvision.az

3Sources