EN

Avropada “ASAN" mükafatı təqdim olunub (FOTO)

Bakı.Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında VətəndaşlaraXidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri ÜlviMehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya HökumətininBaş katibinin dəvəti əsasında Buxarest şəhərində səfərdədir.

Trend xəbərverir ki, bu barədə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, səfərin ilk günü nümayəndə heyəti Buxarestşəhərində Tey Parkında Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin abidəsini ziyarət edib. Abidənin önünə gül dəstəsiqoyulub, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.

Dövlət Agentliyinin nümayəndə heyəti Rumıniya Hökumətinin BaşKatibliyinin təşkilatçılığı ilə keçirilən “Dövlət Sektorundaİnnovasiya Forumu”nda iştirak edib.

Açılış mərasimində Dövlət Agentliyinin sədri innovasiyaların vəmüasir texnologiyaların dövlət xidmətlərinin səmərəliliyininartmasındakı rolu və bu istiqamətdə “ASAN xidmət” tərəfindəngörülmüş işlər barədə məlumat verib.

Forum çərçivəsində Rumıniyada dövlət xidmətləri sahəsində tətbiqolunan innovativ həllərin təqdimatı, həmçinin seçilmiş layihələrinmükafatlandırılması mərasimi baş tutub.

“ASAN xidmət” Rumıniya Hökumətinin təşəbbüsü və dəvəti ilə buölkədə dövlət xidmətləri sahəsində həyata keçirilmiş layihələrincari il üzrə qiymətləndirilməsində və mükafatlandırılmasındaiştirak edib. “ASAN xidmət” modelinin dövlət xidmətləri sahəsindəinnovasiyaların və rəqəmsal həllərin tətbiqi ilə əldə etdiyiqabaqcıl nailiyyətlərinə istinad edilərək müsabiqənin qaliblərindənbiri Dövlət Agentliyi tərəfindən seçilib və qalibə xüsusi olaraqtəsis olunmuş “ASAN" mükafatı təqdim olunub.

Xüsusi “ASAN" mükafatının qalibi Rumıniyanın Yaşı şəhəritərəfindən həyata keçirilmiş layihə olub. Mükafatın qalibi olmuşlayihənin nümayəndələri və Yaşı şəhər rəhbərliyi “ASAN xidmət”təcrübəsi ilə yerində tanış olmaq imkanı əldə edəcəklər.

Xüsusi olaraq qeyd olunmalıdır ki, “ASAN xidmət”ə dair mükafatilk dəfə olaraq Avropa İttifaqı üzv ölkəsinin nümayəndələrinətəqdim olunub. Bundan öncəki dövrdə müvafiq mükafat Afrikaqitəsində dövlət xidmətləri sahəsində qabaqcıl nailiyyətlər əldəetmiş dövlətlərin nümayəndələrinə təqdim edilib.

Forum çərçivəsində, həmçinin “ASAN xidmət”ə həsr edilmiş xüsusisessiya keçirilib və Dövlət Agentliyinin nümayəndəsi tərəfindənmüvafiq sahə üzrə ölkəmizin qabaqcıl təcrübəsi barədə geniştəqdimat edilib.

Səfər zamanı baş tutan tədbir və görüşlərdə AzərbaycanRespublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri QüdsiOsmanov da iştirak edir.

Avropada
Avropada
Avropada
Avropada
Avropada
Məqalədə:
Chosen
55
12
az.trend.az

10Sources