ain.az, Azpolitika.az saytına istinadən bildirir.
Dekabrın 11-nə keçən gecə Ukrayna dronlarının Moskvaya kütləvi hücumu baş verib.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, bunu Moskva meri Sergey Sobyanin deyib.
O, yeddi saatdan çox müddət ərzində şəhərə yaxınlaşan 36 dronun məhv edildiyini bildirib. Sobyanin qeyd edib ki, təcili yardım xidmətləri qəza yerlərində işləyir. Lakin o, hücum nəticəsində hər hansı bir itki və ya yerüstü qurğulara ziyan dəyib-dəymədiyini dəqiqləşdirməyib.
Dron hücumu zamanı Rosaviasiya (Federal Hava Nəqliyyatı Agentliyi) bütün Moskva hava limanlarında təyyarələrin enişi və uçuşuna məhdudiyyətlər elan edib. Nəticədə təxminən 200 uçuş təxirə salınıb. Şeremetyevo hava limanında Şençjen, Yekaterinburq, Ufa, Minsk, İstanbul, Çelyabinsk, Omsk və digər şəhərlərə 53 uçuş, Vnukovoda Dubay, Şarm əl-Şeyx, İrəvan, Astana, Tbilisi və Yekaterinburqa da daxil olmaqla 54 uçuş təxirə salınıb. Domodedovoda Bakı, Ufa, Mineralnıye Vodı və digər şəhərlərə 17 uçuş təxirə salınıb. Kazana bir uçuş ləğv edilib. Moskva hava limanlarında sərnişinlər karton qutularda və skamyalarda yatmağa məcbur olublar.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində Rusiya ərazisi üzərində ümumilikdə 287 Ukrayna dronu "tutulub və məhv edilib".
Moskva sonuncu dəfə 23 sentyabrda böyük dron hücumuna məruz qalmışdı. Həmin vaxt da 200-dən çox reys ləğv edilmiş, ya da təxirə salınmışdı.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.