EN

Ukraynanın enerji sektoru hücuma məruz qalıb

ain.az, Reyting.az saytına istinadən bildirir.

Rusiya ordusunun Ukraynanın energetika sahəsinə hücumları davam edir.

Reyting.az xəbər verir ki, rus qoşunları Odessa və Poltava vilayətlərindəki enerji obyektlərinə zərbələr endirib. Nəticədə istehlakçıların elektrik enerjisi kəsilib.

Energetika nazirinin müavini Aleksandr Vyazovçenko hücumun müəyyən zərərlər verdiyini bildirib. Bununla belə məmur artıq bəzi istehlakçılara elektrik enerjisinin bərpa edildiyini deyib.

Onun sözlərinə görə, ən kritik elektrik kəsintisi Ukraynanın cəbhə bölgələrində - Xarkov, Sumı, Çerniqov, Zaporojye və Xersondadır.

“Ən pisi odur ki, bir neçə bölgədə bərpa işləri enerji işçiləri üçün yüksək risk səbəbindən çətinləşir. Enerji işçilərimiz də düşmən üçün prioritet hədəfdir”,- deyə nazir müavini əlavə edib.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
reyting.az

1Sources