EN

Azərbaycan Prodüserlər Gildiyası FİAPF-a tamhüquqlu üzv qəbul edildi

BAKI, 11 dekabr. TELEQRAF

Azərbaycan Prodüserlər Gildiyası (APG) rəsmi olaraq dünyanın ən nüfuzlu kino təşkilatlarından biri olan FİAPF-a (Beynəlxalq Kino Prodüserləri Assossasiyaları Federasiyası) tamhüquqlu üzv qəbul edilib.

Teleqraf xəbər verir ki, üzvlükyanvarın 1-dən rəsmi şəkilkdə aktiv olacaq.

Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov bildirib ki,FİAPF-a üzvlük Azərbaycan prodüserlərinin işini beynəlxalq standartlara uyğunlaşdırmaq və onları qlobal kino bazarına inteqrasiya etmək üçün geniş imkanlar açır: "Bu həm prodüserlərinhüquqlarının daha etibarlı qorunması, həm də yerli kino layihələrinə xarici investisiyaların cəlb edilməsi, beynəlxalq koprodüksiya layihələrində iştirakın artırılması baxımından tarixi əhəmiyyətə malikdir. Azərbaycan kinosu artıq dünyanın aparıcı kino ölkələri ilə bir platformada təmsil olunur".



Chosen
47
1
teleqraf.com

2Sources