“Rahat” supermarketlər şəbəkəsinin Bakıxanov filialında çörək şöbəsini tarakanlar basıb.
Sakinlər problemlə bağlı marketin satıcılarına da məlumat verdiklərini deyir. Lakin market rəhbərliyi bununla bağlı tədbir görməkdə maraqlı deyil. Satıcıların sözlərinə görə, onlar da problemdən agahdırlar, lakin tarakanların kökünü kəsə bilmirlər.
Təəssüf ki, bu problemdən məlumatı olmayanlar da “Rahat” marketdə tarakanların gəzişdiyi rəflərə düzülmüş çörəklərdən alırlar.
Mağazadan çəkilmiş fortoları təqdim edirik:
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırq.
Güşən Rəsul


