EN

“Neftçi”nin sabiq futbolçusu yenidən Rusiya klubunda

style='margin-bottom:10px;'>

“Neftçi”nin sabiq futbolçusu Azər Əliyevin yeni klubu müəyyənləşib.

QOL.az xəbər verir ki, 31 yaşlı müdafiəçi karyerasını yenidən “Yenisey”də davam etdirəcək. Bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb. 

1-ci liqa təmsilçisi Azər Əliyevlə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb. O, daha əvvəl 2013-2017-ci illərdə də “Yenisey”də oynayıb.

Qeyd edək ki, Azər Əliyev 2022-ci ilin yanvarından bu ilin yayına kimi “Neftçi”nin formasını geyinib. O, Azərbaycan millisi ilə 1 oyuna çıxıb.

Chosen
50
1
teleqraf.com

2Sources