EN

20 günlük həbsxana həyatından 216 səhifəlik kitab yazdı

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həbsxana təcrübələrini əks etdirən kitabı satışa çıxıb.

Publika.az yerli mediaya istinadən xəbər verir ki, Sarkozi "Məhbusun Gündəliyi" kitabında 20 günlük həbxana həyatını əks etdirib.

Kitabda onun həbsxana həyatının pərdəarxası, xatirələri və siyasi fikirləri yer alır. Sarkozi 216 səhifəlik kitabda Marin Le Pen ilə telefon danışığını xatırladıb, ona Milli Cəbhəyə qarşı heç bir "respublika cəbhəsinə" qoşulmayacağına söz verdiyini qeyd edib. O, həmçinin Seqolen Royal kimi bəzi siyasi xadimləri tənqid edib.

Həbsxana həyatını "kabus" adlandıran Sarkozi, orada şahidi olduğu zorakılığın onda dərin iz buraxdığını qeyd edib.

O, həbsxananın yeməkxanasından şikayətlənib. Bildirib ki, naharı çox erkən gətirdikləri üçün yeməkdən imtina edib: “Kiçik plastik məcməyidə təqdim edilən yeməkdən imtina etməklə çox şey itirmədiyimi düşünürəm. Yeməyi hazırlayana qarşı heç bir narazılığım yoxdur, amma o, heç də iştahaaçan deyildi”.

Chosen
21
publika.az

1Sources