EN

Zelenskiyə daha bir rəqib çıxdı: Ukrayna prezidenti o ola bilər

ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Ukraynada prezident seçkiləri keçiriləcəyi təqdirdə Vladimir Zelenskiyə daha bir rəqibin adı açıqlanıb.

Turkustan.az xəbər verir ki, bu barədə "Lenta.ru"ya politoloq Dmitri Juravlev danışıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnı Zelenskinin yeganə rəqibi deyil, baş nazir Yuliya Sviridenko da prezident postuna iddialıdır.

"Yuliya Sviridenko ABŞ-ın, Zalujnı isə Böyük Britaniyanın maraqlarını təmsil edir. Düşünürəm ki, Sviridenkonun qalib gəlmək şansı daha yüksəkdir. O, hərbi hissələri irəli aparmayacaq, çünki insanlar münaqişədən çox yorulublar", - politoloq nəşrə deyib.

Ekspert Zelenskinin namizədliyini irəli sürəcəyini proqnozlaşdırsa da, Ukraynada prezidentlərin adətən birinci müddət hakimiyyətdə olduqlarını qeyd edib. O bildirib ki, Leonid Kuçma bu mənada istisna olsa da, onun ikinci müddət prezidentliyi çətin olub. /publika.az/

Facebook

WhatsApp

Telegram

Twitter

Share

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
2
icma.az

10Sources