Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putin Kremldə Ukrayna müharibəsindəki vəziyyəti müzakirə etmək üçün müşavirə keçirib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, müşavirədə “Donetsk Xalq Respublikası”nın (Ukraynanın Donetsk vilayəti-red.) şimalındakı vəziyyət müzakirə olunub.
Putin Severskin Rusiya Silahlı Qüvvələrinin tam nəzarətinə keçməsi ilə bağlı ətraflı məruzələri dinləyib.
Rusiya Prezidenti “xüsusi hərbi əməliyyat” zonasında (Ukrayna müharibəsi zonası-red.) bütün istiqamətlərdə yaxşı dinamikanın getdiyini qeyd edib.
Peskov Severskin Rusiya Silahlı Qüvvələrinin tam nəzarətinə keçdiyini və bu barədə Kremldəki müşavirədə söhbət getdiyini vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.