EN

Apteklərdə ciddi nöqsanlar aşkarlanıbVİDEO

Azərbaycanda 28 aptekdə yoxlama aparılıb, 5-də ciddi nöqsanlar aşkar edilib.

Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən veriblər.

Xezerxeber.az-ın məlumatına görə, bildirilib ki, ötən ay 28 aptekdə yoxlama aparılıb. Bunlardan 24-ü Bakıda, qalan dördü isə ölkənin digər şəhər və rayonlarında olub.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əczaçı müfəttişi Mahmud Yusifov deyib ki, yoxlamaları bəzən vətəndaş müraciəti əsasında da apara bilirlər. Onun sözlərinə görə, nöqsanlar aşkar edilən aptek sahibləri cərimə edilirlər.

Əczaçı müfəttiş onu da əlavə edib ki, apteklərdə mütəmadi olaraq yoxlamalar aparılır. Xüsusən də dərmanların saxlanma şəraitinə ciddi nəzarət edilir ki, alıcılara fəsadları olmasın.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
20
xezerxeber.az

1Sources