Yazını böyüt
Yazını kiçilt
Ukrayna Futbol Assosiasiyası milli komandanın 2026-cı il Dünya Çempionatının pley-off oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib.
Hafta.az xəbər verir ki, qərara əsasən, Ukrayna millisi İsveç yığmasına qarşı keçirəcəyi pley-off yarımfinal matçını İspaniyanın Valensiya şəhərində, “Levante” klubunun stadionunda oynayacaq.
Komanda bu mərhələni adlayacağı halda Polşa-Albaniya cütünün qalibi ilə keçiriləcək həlledici final görüşü də məhz həmin arenada baş tutacaq.
Qeyd edək ki, Ukrayna daha əvvəl ev oyunlarını adətən Polşada keçirirdi.