Bakı. Trend:
Dekabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEAİctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və səhiyyənaziri Teymur Musayev Səhiyyə Nazirliyi 5 saylı Uşaq VərəmSanatoriyasını ziyarət edib.
Trend xəbər verir ki, ziyarətçərçivəsində müəssisənin fəaliyyəti, tibbi xidmətlərin təşkili vəuşaqlar üçün yaradılan şəraitlə tanışlıq olub. Dispanserdə aparılanyenilənmə işləri, göstərilən diaqnostik və müalicə xidmətlərininkeyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər müzakirəedilib.
Səhiyyə naziri Teymur Musayev ölkəmizdə uşaq sağlamlığınınqorunması istiqamətində həyata keçirilən layihələrə verilən dəstəyəgörə Leyla Əliyevaya minnətdarlığını bildirib.