EN

Ukrayna DÇ 2026 nın pley off matçlarını bu stadionda keçirəcək

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna DÇ-2026-nın pley-off matçlarını bu stadionda keçirəcək

Ukrayna Futbol Assosiasiyası milli komandanın 2026-cı il Dünya Çempionatının pley-off oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib.

QOL.az xəbər verir ki, qərara əsasən, Ukrayna millisi İsveç yığmasına qarşı keçirəcəyi pley-off yarımfinal matçını İspaniyanın Valensiya şəhərində, “Levante” klubunun stadionunda oynayacaq. Komanda bu mərhələni adlayacağı halda Polşa-Albaniya cütünün qalibi ilə keçiriləcək həlledici final görüşü də məhz həmin arenada baş tutacaq.

Qeyd edək ki, daha əvvəl ev oyunlarını adətən Polşada keçirən ukraynalıların bu dəfə məkan dəyişikliyinə getməsinin strateji səbəbi var. Belə ki, Polşa millisinin potensial rəqib ola biləcəyini nəzərə alan qurum formal ev matçının faktiki olaraq səfər oyununa çevrilməməsi və rəqibə əlavə üstünlük verilməməsi üçün qarşılaşmanın İspaniyada keçirilməsinə üstünlük verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
qol.az

3Sources