EN

Quterreş: BMT nümayəndələri Sudandakı münaqişə tərəfləri ilə görüşəcəklər

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

BMT-nin yüksək vəzifəli rəsmiləri Cenevrədə Sudandakı münaqişə tərəflərinin nümayəndələri ilə görüş keçirmək niyyətindədirlər."Report" xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş "Al Arabia" telekanalına bildirib."Biz çox fəal işləyirik və tərəflər arasında Cenevrədə görüş keçiriləcək ki, onları beynəlxalq humanitar hüquqa riayət etməyə və mülki şəxsləri qorumağa inandıraq", - Quterreş Ər-Riyadda danışıqların dəqiq vaxtını göstərmədən vurğulayıb.Baş katibin sözlərinə görə, məsləhətləşmələrdə həm Sudan ordusunun, həm də Çevik Reaksiya Qüvvələrinin nümayəndələri iştirak edəcəklər. "Məqsədimiz Səudiyyə Ərəbistanında, Ciddədə razılaşdırılmış məsələlərin tətbiqini həyata keçirməkdir", - Quterreş əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
demokrat.az

1Sources