ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
"Vacib məsələdir ki, AQTA artıq bazarlarda yoxlamalar aparır. Çünki bazarlar istehlakçıların sayının və malların çeşidinin çox olduğu, eyni zamanda ən çox hüquq pozuntularının yaşandığı məkanlardır. Hətta ölkənin nümunəvi bazarlarından sayılan "Yaşıl Bazar" da balıq satışı istisna olmaqla keyfiyyət məsələlərində istehlakçı hüquqlarının pozulması baxımından ciddi problemlərlə üzləşir".Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.O bildirib ki, kisələrdə çərəz satılır, lakin onların buraxılış tarixi, yararlılıq müddəti və saxlanma qaydaları göstərilmir:"Bunların hamısı istehlakçı hüquqlarının pozulmasıdır və çəki ilə bağlı da oxşar problemlər müşahidə olunur. Yoxlamaların başlaması müsbət addımdır, lakin bazarların bağlanması nəzərdə tutulmur, çünki heyvan bazarlarının bağlanması heyvan xəstəliklərinin geniş yayılması ilə bağlı idi və həmin yerlərdə dəyişiklik aparılması vacib idi. Digər bazarlarda isə yoxlamalar aparılacaq, göstərişlər veriləcək və onların fəaliyyəti daha səliqəli şəkildə təşkil olunacaq.Qeyd edək ki, AQTA-nın ərzaq bazarlarında yoxlamalara başlaması bazarların bağlanması ilə bağlı müzakirələrə səbəb olub.Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.