EN

Disney OpenAI ya bir milyard dollar investisiya yatırır

ain.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“The Walt Disney Company”, məzmun lisenziyalaşdırılması üzrə tərəfdaşlıq çərçivəsində “OpenAI” ilə anlaşmaya gəldiyini və şirkətə 1 milyard dollarlıq sərmayə yatıracağını bəyan edib.

Banco.az xəbər verir ki, şirkətin açıqlamasında bildirilib ki, “Disney”in sevilən obrazlarının yaradıcı süni intellekt video platforması “Sora”ya daşınmasını nəzərdə tutan mühüm bir razılaşma imzalanıb.

Açıqlamada qeyd olunub ki, “The Walt Disney Company” ilə “OpenAI” arasında əldə edilən razılaşmaya əsasən, “Disney” “Sora”nın ilk böyük məzmun lisenziyası tərəfdaşı olacaq.

Lisenziya sazişinin müddətinin 3 il olduğu açıqlanıb və bu çərçivədə “Sora”nın “Disney”, “Marvel”, “Pixar” və “Star Wars” dünyalarından 200-dən çox obrazdan istifadə etməklə tamaşaçıların izləyə və paylaşa biləcəyi qısa videolar yarada biləcəyi bildirilib.

Ən yüksək faiz verən depozit hansı bankdadır?

Açıqlamada həmçinin vurğulanıb ki, “Disney” “OpenAI”ya 1 milyard dollarlıq sərmayə yatıracaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
1
banco.az

2Sources