EN

Erik Qarsiya “Barselona” ilə yeni müqaviləyə imza atdı – ARENA.AZ

Futbol üzrə İspaniya milli komandasının və “Barselona” mərkəz müdafiəçisi Erik Qarsiya Kataloniya klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçunun yeni sözləşməsi 2031-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Erik Qarsiya “Barselona”nın öz yetirməsidir. 2017-2021-ci illər aralığında İngiltərədə “Mançester Siti”nin formasını geyinmiş ispan mərkəz müdafiəçisi 2021-ci ilin iyulunda azad agent kimi yenidən Kataloniya klubuna qayıdıb. O, bir mövsüm icarə əsasında İspaniyanın digər klubu “Jirona”da da çıxış edib. Müdafiəçi bu komandanın heyətində 31 oyuna çıxıb, 5 qol vurub.

Qarsiyanın “Barselona” karyerası bütövlükdə 137 oyun, 7 qol və 6 məhsuldar ötürmədən ibarətdir.

İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Erik, 2020-ci ilin sentyabr ayında əsas millidə debüt edib. O, İspaniya yığmasının heyətində 19 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Chosen
31
2
arena.az

10Sources